Tramp: Putinlə görüşüm olmadan Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş mümkün deyil

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Rusiya lideri Vladimir Putinlə şəxsən görüşməyənə qədər Rusiya-Ukrayna münaqişəsi ilə bağlı danışıqlarda irəliləyiş olmayacaq.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, o, bunu jurnalistlərə Qətərin paytaxtı Dohada bildirib.

“Mən Putinlə görüşməyənə qədər heç nə baş verməyəcək”, – o, Rusiya və Ukrayna nümayəndə heyətlərinin bu gün İstanbulda keçirilməsi gözlənilən görüşünü şərh edərkən deyib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More