“Barselona” 36-cı turda “Espanyol” üzərində qələbə qazanaraq vaxtından əvvəl çempionluğunu elan edib.
“Report” xəbər verir ki, Kataloniya təmsilçisi səfər matçında 0:2 hesablı qələbə qazanıb.
Beləliklə, bu qələbə ilə Hans Flikin yetirmələri mövsümün bitməsinə iki tur qalmış əzəli rəqibi və ən yaxın təqibçisi “Real Madrid”lə xal fərqini yeddiyə çatdırıb.
Qeyd edək ki, bu, “Barselona”nın 28-ci çempionluğudur. Komanda sonuncu dəfə 2022/2023 mövsümündə birinciliyi əldə etmişdi.
Xatırladaq ki, daha əvvəl “Liverpul” vaxtından əvvəl çempionluğunu elan etmişdi.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.