Ermənistan baş naziri Nikol Paşinyan bütün dövlət qurumlarında əhəmiyyətli yeniliklər keçirmək qərarına gəlib.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i hökumətə yaxın mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, yaxın zamanda təkcə hakim “Vətəndaş müqaviləsi” partiyasında kadr dəyişiklikləri deyil, həm də hökumətin tərkibində dəyişikliklər gözlənilir.
“Son həftələrdə hökumətə tabe olan qurumlarda həddindən artıq gərgin vəziyyət müşahidə olunur: müxtəlif strukturlarda geniş yoxlamalar aparılır, çoxsaylı sənədlər, o cümlədən əvvəlki illərə aid hesabatlar və rəsmi yazışmalar tələb olunur, dosyelər toplanır və şəxsən Paşinyana təqdim edilir”, – mənbələr qeyd edib.
Bildirilib ki, bu genişmiqyaslı “təmizləmə”nin nə qədər irəli gedəcəyi hələlik aydın deyil.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.