Meksika Prezidenti Kanada Baş naziri ilə telefon danışığı aparıb

Meksika Prezidenti Klaudiya Şeynbaum Kanada Baş naziri Mark Karni ilə telefon danışığı aparıb, danışıq zamanı onu rəsmi vəzifəyə başlaması münasibətilə təbrik edib və əməkdaşlığın əsas məsələlərini müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Latın Amerika ölkəsinin Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

“Prezident Klaudiya Şeynbaum Kanada Baş naziri Mark Karni ilə telefon danışığı aparıb və onu mandatının təsdiqlənməsi münasibətilə təbrik edib. Onlar ikitərəfli münasibətlərin prioritet məsələlərini, Müvəqqəti Kənd Təsərrüfatı İşçiləri Proqramının davam etdirilməsi və gücləndirilməsini, həmçinin Şimali Amerikanın üç ölkəsinin rəqabət qabiliyyətinin gücləndirilməsi üçün T-MES-in (Meksika-ABŞ-Kanada ticarət müqaviləsi – red.) əhəmiyyətini müzakirə ediblər”, – paylaşımda qeyd olunub.

Liderlər arasında əlaqə Karninin yeni Kanada hökumətinin tərkibini elan etməsindən qısa müddət sonra baş tutub. Yeni hökumətə xarici işlər, müdafiə, beynəlxalq ticarət və Kanada – Amerika qarşılıqlı əlaqələri üzrə yeni nazirlər daxil edilib. Karni bununla əlaqədar bildirib ki, onun kabineti “kanadalıların istədiyi və layiq olduğu dəyişiklikləri həyata keçirmək üçün formalaşdırılıb”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More