Miroşnik: Təkcə əsirlərlə bağlı razılaşmaya görə İstanbulda görüşməyə dəyərdi

Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbul görüşündə əldə edilmiş “1000-in 1000-ə” formatında əsir mübadiləsi ilə bağlı razılaşma danışıqların aparılmasına dəyərdi.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib.

“Hərbi əsirlərin genişmiqyaslı mübadiləsi barədə əldə edilmiş razılaşma rus ailələrin gözlədiyi və gözləməkdə olduğu mühüm humanitar aktdır. Ən azından buna görə İstanbulda görüşməyə dəyərdi”, – o qeyd edib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More