Xocəsəndə taxta yeşiklər yığılmış ərazidəki yanğın söndürülüb – YENİLƏNİB-2

Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində taxta sexinin ərazisində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb. 

Bu barədə “Report”a FHN-dən məlumat verilib.

17:37

Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində taxta sexinin ərazisində baş verən yanğının yayılmasının qarşısı alınıb.

“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir. 

16:58

Bakının Binəqədi rayonu, Xocasən qəsəbəsində taxta yeşiklər yığılmış ərazi yanır.

Fövqəladə Hallar Nazirliyindən “Report”un Sumqayıt-Abşeron bürosuna verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More