Ağdaşda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var

Ağdaşda ağır yol qəzası baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, 1993-cü il təvəllüdlü Məhəmməd Atəddinovun idarə etdiyi “Mercedes” markalı avtomobil əvvəlcə at arabasını vurub, sonra isə yük avtomobili ilə toqquşub. Nəticədə M.Atəddinov hadisə yerində ölüb, sərnişinləri; 1972-ci il təvəllüdlü Əflatun Şirinov, 1966-cı il təvəllüdlü Şöhrət Şirinov, 1989-cu il təvəllüdlü Elvin Şirinov, 2009-cu il təvəllüdlü Ömər Musayev və at arabasında olan 1971-ci il təvəllüdlü Məqsəd Həmidov xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More