AMADA stolüstü tennisçilər üçün seminar təşkil edib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) yeniyetmə və gənc stolüstü tennisçilər üçün seminar təşkil edib.

Bu barədə “Report”a AMADA-nın mətbuat xidmətindən məlumat verilib.

Tədbirin əsas məqsədi stolüstü tennisçiləri antidopinq qaydaları, idmançıların hüquq və vəzifələri, həmçinin dopinqə qarşı mübarizə strategiyaları barədə məlumatlandırmaq olub.

İştirakçılara qadağan edilmiş maddələr, metodlar, dopinq nəzarəti prosesi, idmançıların bu prosesdəki rolu və nəticələrin idarə olunması mexanizmləri ətraflı izah edilib.

Bəzi hallarda idmançıların bilmədən və ya ehtiyatsızlıqdan tərkibində qadağan edilmiş maddə olan dərmanlar qəbul edə biləcəyi vurğulanıb. Bildirillib ki, bu səbəbdən hər bir idmançı istifadə edilən preparatların tərkibini diqqətlə yoxlamalıdır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More