Bakıda mağazadan 20 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Bakının Nəsimi rayonunda yerləşən mağazaların birindən 20 000 manat oğurlanıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin mağazada satıcı işləyən 34 yaşlı K.Novruzov saxlanılıb.

Rayon ərazisində daha bir oğurluq hadisəsi zamanı bir nəfərin 450 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 30 yaşlı E.Cəfərov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More