Ərəb ölkələri ABŞ-İran nüvə danışıqlarını alqışlayır

Ərəb Dövlətləri Liqasına üzv olan ölkələr Tehranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması üçün ABŞ və İran arasında aparılan danışıqları dəstəkləyib.

“Report” xəbər verir ki, bu barədə təşkilatın Bağdad sammitinin yekunları üzrə qəbul edilmiş bəyannamədə deyilir.

“Biz təsdiq edirik ki, beynəlxalq arenada artan gərginlik diplomatiyanın zəiflədiyini və münaqişələrin həllində güc tətbiqinin rolunun artdığını göstərir. Bu kontekstdə biz nüvə enerjisindən dinc məqsədlər üçün istifadədə müsbət nəticələrə nail olmaq, eləcə də uranın zənginləşdirilməsinin dinc ehtiyaclar üçün zəruri olan dəyərləri aşmamasını təmin etmək məqsədilə İran və ABŞ arasında aparılan danışıqlara dəstəyimizi ifadə edirik”, – sənəddə bildirilir.

Ərəb öllələri liderləri Omanın ABŞ və İran arasında məsləhətləşmələrdə vasitəçilik rolunu xüsusi qeyd ediblər.

İraq paytaxtında keçirilən sammitin iştirakçıları da Yaxın Şərqdə nüvə silahlarından və digər kütləvi qırğın silahlarından azad zona yaradılmasının zəruriliyini təsdiqləyiblər.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More