Fransa Seneqaldakı üçüncü bazasından hərbi kontingentinin çıxarılmasını başa çatdırıb.
“Report”un xəbərinə görə, bu barədə Fransanın Afrika ölkəsindəki səfirliyinin bəyanatında deyilir.
“Fransa tərəfi Dakar limanında yerləşən Kontr-Amiral-Prote bölgəsindəki bazanı Seneqal tərəfinə təhvil verib”, – diplomatik nümayəndəlikdən bildiriblər.
Bundan əvvəl, martın 7-də Mareşal və Sent-Ekzüperi bazaları geri qaytarılıb. Qalan obyektlər yaya qədər müəyyən edilmiş qrafikə uyğun olaraq Seneqal tərəfinə veriləcək.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.