Gələn həftə bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında mayın 19-u gündüz şimal və qərb rayonlarından başlayaraq 20-si səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə “Report”a Milli Hidrometeorologiya Xidmətinidən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə qısa müddətə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More