Lavrov Ukraynanın danışıqlarla bağlı təklifi qəbul etməsində ABŞ-nin rolunu qeyd edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığında Ukraynanın Rusiya Prezidenti Vladimir Putinin İstanbulda danışıqların bərpası təklifini qəbul etməsində ABŞ-nin müsbət rolunu qeyd edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilir.

“Sergey Lavrov Kiyevin Rusiya Prezidenti Vladimir Putinin İstanbul danışıqlarının bərpası təklifini qəbul etməsində ABŞ-nin müsbət rolunu qeyd edib”, – məlumatda bildirilib.

O, bu kontekstdə Moskvanın amerikalı həmkarlarla birgə işin davam etdirilməsinə hazır olduğunu təsdiqləyib.

Qeyd olunub ki, telefon danışığı Rubionun təşəbbüsü ilə baş tutub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More