Meksikada beynəlxalq yarmarkada Azərbaycanın milli mədəniyyət nümunələri nümayiş olunub

Meksikada fəaliyyət göstərən Diplomatların Həyat Yoldaşları Assosiasiyasının (ACD) təşkilatçılığı və paytaxtın məşhur Migel İdalqo regionu bələdiyyəsinin dəstəyi ilə Mexiko şəhərində xeyriyyə məqsədli diplomatik yarmarka keçirilib.

Azərbaycanın Meksikadakı Səfirliyindən “Report”a verilən məlumata görə, yarmarkada Meksikada akkreditə olunmuş 20-dən çox ölkənin diplomatik nümayəndəliyi milli mədəniyyət nümunələrini, o cümlədən mətbəxini, musiqisini və rəqs nömrələrini təqdim edib.

Mexiko şəhərinin sakinləri tərəfindən böyük maraqla qarşılanan bu tədbirdə Azərbaycanın milli mədəniyyət nümunələri, o cümlədən milli geyimləri, dulusçuluq, misgərlik, xalçaçılıq kimi əl sənəti nümunələri və ənənəvi təamlar təqdim olunub. Ziyarətçilərə ölkəmizin tarixi, mədəniyyəti və milli mətbəxi barədə ətraflı məlumat verilib, müxtəlif çap materialları paylanılıb. Azərbaycan stendi geniş maraq doğurub və iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.

Tədbirin açılışında Migel İdalqo bələdiyyəsinin başçısı, ACD-nin prezidenti, Meksikanın digər rəsmiləri, paytaxt sakinləri, turistlər, diplomatik korpusun nümayəndələri və yerli media təmsilçiləri iştirak ediblər.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More