Misli Premyer Liqasında XXXV tura start verilib.
“Report”un məlumatına görə, ilk oyun günündə üç matç baş tutub.
“Turan Tovuz” səfərdə “Sumqayıt”ı məğlub edib – 1:0. Qonaqların heyətində Emmanuel Hakman 30-cu dəqiqədə fərqlənib. Xallarının sayını 52-yə çatdıran Tovuz klubu dördüncü sıradakı mövqeyini möhkəmləndirib. “Gənclik şəhəri” təmsilçisi 30 xalla doqquzuncu pillədə qalıb.
“Zirə” “Sabah”la heç-heçə edib – 1:1. “Qartallar”ın heyətində Giorgi Papunaşvili 26-cı dəqiqədə adını tabloya yazdırıb. Pavol Safranko 67-ci dəqiqədə tarazlığı bərpa edib.
İkinci yerdəki “Zirə”nin 71, beşinci sıradakı “Sabah”ın 45 xalı var.
“Araz-Naxçıvan” isə səfərdə “Şamaxı”ya qalib gəlib – 1:0. Qonaqlardan Felipe Santos 44-cü dəqiqədə rəqibi məyus edib. Xallarının sayını 58-ə çatdıran Naxçıvan təmsilçisi üçüncü pillədə qərarlaşıb və çempionatın bürünc mükafatçısı olub. Komanda ölkəmizi UEFA Konfrans Liqasında təmsil edəcək. “Şamaxı” 36 xalla yeddincidir.
Qeyd edək ki, XXXV tura mayın 18-də yekun vurulacaq.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.