“Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu İspaniya ikinci divizionunda çıxış edən “Almeriya” klubunun ortaq sahibi ola bilər.
“Report” xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Mənbə qeyd edib ki, 40 yaşlı futbolçu Ronaldu “Əl-Nəsr”ə keçidində böyük rolu olan klubun sahibi, “SMC Group” investisiya şirkətinin rəhbəri Məhəmməd Əl-Xereyci ilə yaxşı münasibətdədir. Portuqaliyalı şirkətdə pay almaq imkanını nəzərdən keçirir.
Sequndanın cari mövsümünün XXIX turundan sonra “Almeriya” 62 xalla altıncı yerdədir.
Ronaldunun komanda ilə hazırkı müqaviləsi 2024/25-cü illər mövsümünün sonuna qədərdir. Media daha əvvəl tərəflərin əmək müqaviləsinin uzadılması ilə bağlı razılığa gəldiyini yazmışdı. Yeni müqavilənin şərtlərinə görə, portuqaliyalı klubun 5 %-lik səhminin sahibi olacaq.
Hücumçu 2009-2018-ci illərdə “Real Madrid”də çıxış edib. Madrid komandası ilə birlikdə ikiqat İspaniya çempionu, dördqat Çempionlar Liqasının qalibi olub, həmçinin üç dəfə Klublararası Dünya Kubokunun qalibi olub.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.