Rusiya atəşkəs üçün şərtlər siyahısını hazırlayıb Ukraynaya təqdim edəcək

Rusiya atəşkəs üçün şərtlər siyahısını hazırlayıb Ukrayna tərəfinə təqdim edəcək.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə bu gün ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Həqiqətən də tərəflər atəşkəs üçün şərtlər siyahısını mübadilə etmək barədə razılığa gəliblər. Bu istiqamətdə iş davam edir – Rusiya tərəfi belə bir siyahı hazırlayacaq və təqdim edəcək, Ukrayna tərəfi ilə mübadilə edəcək. Siyahıda nələrin öz əksini tapacağını  yəqin ki, açıqlamaq lazım deyil, danışıqlar davam edir və qapalı formatda aparılmalıdır”, – Kremlin nümayəndəsi bildirib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More