Sabah 18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə Mədəniyyət Nazirliyinin tabeliyindəki muzeylərdə “açıq qapı” günü olacaq.
Bu barədə “Report”a nazirlikdən məlumat verilib.
Bildirilib ki, həmçinin mayın 18-də Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) teatr səhnəcikləri, həmçinin uşaqlar üçün ustad dərsləri təşkil olunacaq.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində bu mədəniyyət ocağının ekspozisiyasında nümayiş etdirilən eksponatlar haqqında məlumatların ziyarətçilərə rəqəmsal təqdimatı olacaq.
Əzim Əzimzadənin Mənzil-Muzeyi və Məmməd Səid Ordubadinin Xatirə Muzeyində də əlamətdar günlə bağlı tədbirlər təşkil olunacaq. “Dünən, bu gün və sabah” adlı tədbirlər çərçivəsində rəsm dərnəyinin şagirdləri və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi üzvlərinin iştirakı ilə Əzim Əzimzadənin Mənzil-Muzeyində açıq havada ustad dərsləri təşkil olunacaq, sərgi nümayiş etdiriləcək.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.