Göyçayda avtomobil piyadanı vuraraq öldürüb

Göyçayda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Sürücü Yasin Yaqubovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil piyada, 1989-cu il təvəllüdlü Elman Hüseynovu vurub.

Piyada xəstəxanaya çatdırılıb. Lakin aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More