“Neftçi” “Səbail”ə qalib gəlib

Misli Premyer Liqasının XXXV turunda “Neftçi” “Səbail”ə qalib gəlib.

“Report” xəbər verir ki, “Neftçi Arena”da baş tutan görüşdə meydan sahibləri 3:0 hesablı qələbəyə seviniblər.

“Ağ-qaralar”ın heyətində Dembo Darbo (1), Ağadadaş Salyanski (25) və Aleks Fernandes (80) fərqləniblər.

Samir Abasovun rəhbərlik etdiyi kollektiv 43 xalla altıncı sırada qərarlaşıb. 22 xala malik “dənizçilər” sonuncu – onuncudur.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Turan Tovuz” səfərdə “Sumqayıt”ı, “Araz-Naxçıvan” “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edib. “Zirə” – “Sabah” qarşılaşmasında isə qalib müəyyənləşməyib – 1:1.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More