Sumqayıtda yaşayan bir qrup şəhid ailəsi və Vətən müharibəsi qaziləri Xankəndi şəhərinə səfər ediblər.
“Report”un Xankəndiyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, səfər Milli Məclisin deputatı Səbinə Salmanovanın təşəbbüsü, Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyilə həyata keçirilib.
Səfər iştirakçıları Xankəndi şəhər meydanında olub, buradan şəhərin ümumi mənzərəsini seyir ediblər. Onlar şəhərdə aparılan geniş quruculuq-abadlıq işləri ilə tanış olublar.
Şəhərin mərkəzində olan istirahət parkında gəzinti qonaqlar üçün xüsusilə yadda qalan olub. Deputat Səbinə Salmanova Sumqayıt Musiqi kollecinin məzunu olmuş və hazırda Qarabağ Universitetində eyni ixtisas üzrə təhsil alan tələbələrdən səfər iştirakçılarına qoşulmasını istəyib. Səfər iştirakçılarına qoşulan tələbələr açıq havada fortepiano ifası ilə vətənpərvərlik mahnılarını səsləndirib.
Şəhid ailələri Xankəndi şəhər stadionu və şəhərin digər görməli yerləri ilə də tanış olublar






Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.