AFFA-nın icraçı vitse-prezidenti: “Azərbaycan millisindən əzmkar oyun və yaxşı nəticələr gözləyirik”

Azərbaycan millisindən əzmkar oyun və yaxşı nəticələr gözləyirik.

Bunu “Report”a açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.

Qurum rəsmisi Azərbaycan millisinin Latviya və Macarıstan yığmalarına qarşı keçirəcəyi yoldaşlıq oyunları barədə danışıb:

“Bildiyiniz kimi, hər iki qarşılaşma yoxlama xarakteri daşıyır. Milli 2026-cı il dünya çempionatının seçmə mərhələsinin oyunlarına hazırlaşır. Təbii ki, yoxlama görüşləri də olsa, komandamızdan əzmkar oyun və qələbə gözləyirik. Heyətlə bağlı suallar adətən baş məşqçiyə verilir. Lakin heyətlər açıqlananda yəqin ki, müəyyən dəyişikliklər olacaq”.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv iyunun 7-də Riqadakı “Skonto” stadionunda Latviya ilə üz-üzə gələcək. Komanda 3 gün sonra “Liv Bona Dea Arena”da Macarıstanla qarşılaşacaq.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More