“Ayaks” baş məşqçisi ilə yollarını ayırıb

Niderlandın “Ayaks” futbol komandası baş məşqçisi Frençesko Farioli ilə yollarını ayırıb.

“Report” xəbər verir ki, bu barədə Amsterdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

36 yaşlı mütəxəsisin klubu tərk etməyə qərar verdiyi bildirilib. O, bu barədə İdarə Heyətini məlumatlandırıb.

Qeyd edək ki, Frençesko Farioli 2024-cü ilin mayında 3 illik müqavilə imzalamışdı. “Ayaks” cari mövsüm ölkə çempionatını 78 xalla ikinci pillədə başa vurub. Komanda çempion PSV-dən 1 xal az toplayıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More