Milli Basketbol Assosiasiyasında (NBA) yarımfinal cütləri müəyyənləşib.
“Report”un məlumatına görə, 1/4 final mərhələsinin sonuncu oyununda “Oklahoma” və “Denver” komandaları üz-üzə gəliblər.
Rəqibini 125:93 hesabı ilə üstələyən “Oklahoma” seriyada önə keçib (4:3) və növbəti raunda yüksəlib.
Komanda finala gedən yolda “Minnesota” ilə qarşılaşacaq. Digər yarımfinal cütündə “Nyu-York Niks” və “İndiana” kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər.
Qeyd edək ki, NBA-da yarımfinal oyunlarına mayın 21-də start veriləcək.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.