Belarus Azərbaycanda müxtəlif mədəni tədbirlər keçirməyə davam edəcək, “Nesvij – dünya mədəni irsi” sərgisi bunlardan biridir.
Bu barədə “Report”un sualını cavablandıran Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç bildirib.
Səfir qeyd edib ki, bu tədbir iki ölkənin mədəniyyət nazirlikləri arasında imzalanmış saziş çərçivəsində və iki dövlətin liderlərinin tapşırığı ilə keçirilir: “Biz, həmçinin ümid edirik ki, payızda Belarusda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək və münasibətlərimizin daha əhəmiyyətli mərhələsi olacaq”.
“Düşünürəm ki, bu sərgi xalqlarımızın mədəniyyətlərarası qarşılıqlı əlaqəsinə daha bir töhfə olacaq”, – o bildirib.
Qeyd edək ki, Azərbaycan Milli İncəsənət Muzeyində Belarus milli tarixi-mədəni qoruq-muzeyinin “Nesvij – dünya mədəni irsi” adlı sərgisi keçirilir. Sərgi Azərbaycan və Belarus Mədəniyyət nazirliklərinin dəstəyi ilə təşkil olunub.
Belarusdakı Nesvij qalası XVI-XVIII əsrlərə aid memarlıq abidəsidir.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.