Salyanda güclü külək qovaq ağacını avtomobilin üzərinə aşırıb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin M.Ə.Rəsulzadə küçəsində baş verib.
Qəfil başlayan güclü külək nəticəsində 50-60 illik qovaq ağacı kökündən qoparaq avtomobilin üzərinə aşıb.
Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.
Aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunub, ağac budanaraq ərazidən uzaqlaşdırılıb..
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.