İngiltərənin Bruton şəhərində FIFA və İngiltərənin The Open University arasında əməkdaşlıq çərçivəsində 50 ölkədən olan federasiya nümayəndələri üçün uşaqların hüquq və bacarıqlarının müdafiəsi mövzusunda seminar keçirilir.
Seminarın təşkilində əsas məqsəd uşaqların hüquqlarının qorunması sahəsində məlumatlılığın artırılması, təhsil və idman sahəsində uşaqların müdafiəsinə yönələn siyasətlərin gücləndirilməsi, mütəxəssislərin bilik və bacarıqlarının artırılmasıdır.
Mayın 23-dək davam edəcək seminarda AFFA-nı sosial və ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva təmsil edir, müxtəlif mövzularda fikir mübadiləsi aparır.
Qeyd edək ki, Kifayət Mustafayeva FIFA və İngiltərənin The Open University arasında əməkdaşlıq çərçivəsində təşkil olunan uşaqların müdafiəsi mövzusunda 4-cü kursdadır. İki il davam edən təhsilə 2025-ci ilin avqustunda müdafiə olunaraq yekun vurulacaq.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.