Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsindən (“GlobE Network”) Bakıda keçirilən bu son dərəcə önəmli görüşdə iştiraka dəvət almaq böyük şərəfdir.
“Report” xəbər verir ki, bunu jurnalistlərə Madaqaskarın Müstəqil Antikorrupsiya Bürosunun baş direktoru Qabi Nestor Razakamanantsoа bildirib.
“BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin altıncı plenar iclası korrupsiyaya qarşı mübarizəni daha səmərəli etmək məqsədilə regional və beynəlxalq əməkdaşlığı inkişaf etdirmək üçün əla fürsətdir. Korrupsiya və onunla mübarizə ciddi qlobal problem olaraq qalır”, – o qeyd edib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.