De Moraes Soares: Bakıdakı müzakirələr “GlobE Network” platformasını gücləndirməlidir

Beynəlxalq məsələlər üzrə milli prokuror Boni de Moraes Soares BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin – “GlobE Network”un altıncı plenar iclasının iştirakçılarını platformanın gücləndirilməsini təmin etməyə çağırıb.

“Report”un məlumatına görə, o, bunu çərşənbə axşamı Bakıda plenar iclasın açılışında bildirib.

“Biz əlaqələrimizi gücləndirmək, “GlobE Network” şəbəkəsini həqiqətən qlobal, çevik və səmərəli platformaya çevirmək niyyətimizi təsdiqləmək üçün bu fürsətdən (Bakıdakı iclasdan) istifadə etməliyik. Ümid edirəm ki, bu günlər (20-23 may) ərzində Bakıda məhsuldar müzakirələr aparacağıq”, – o qeyd edib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More