Üzv ölkələrdə yaşayan insanlar korrupsiyadan xilas olmalıdır.
“Report” xəbər verir ki, bunu “GlobE Network” Rəhbər Komissiyasının sədr müavini Nasser Abaalkhail Bakıda keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – “GlobE Network” çərçivəsində altıncı plenar iclasındakı çıxışında deyib.
Onun sözlərinə görə, korrupsiyanın özü də adapsiyaya uğrayır:
“Süni intellekt və ortaya yeni cinayət növləri uzaqda duran çağırış deyil, indiki reallıqdır. Korrupsiya sərhəd tanımır. Bu da bizim ədalət prinsiplərini daha gücləndirilməlidir. Biz korrupsiyadan daha güclü olmalıyıq. Ona görə də birlikdə getdiyiniz yol yaxşı nəticə verməlidir. Biz yenidən imkanlarımızı gözdən keçirməli, ölkələrimizdə yaşayan insanlarımız korrupsiyadan xilas olmalıdır. Bu baxımdan gücümüzü birləşdirməli, beynəlxalq əməkdaşlıq gücləndirilməlidir”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.