İranın ali rəhbəri ABŞ ilə danışıqların uğuruna şübhə edib

İranın ali rəhbəri Ayətullah Əli Xamenei Tehranın nüvə proqramı ilə bağlı böhranın həlli üçün ABŞ ilə danışıqların nəticə verəcəyinə şübhə ifadə edib.

“Report” xəbər verir ki, bu barədə TASS xəbər verir.

“Həm o zaman İranın əvvəlki prezidenti İbrahim Rəisi dövründə, həm də indi vasitəçilər vasitəsilə danışıqlar aparılırdı, lakin nəticəsiz qalırdı. İndi də onların hər hansı bir nəticəyə gətirəcəyini düşünmürük. Bundan sonra nə olacağı aydın deyil”, – o bildirib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More