Malili futbolçu Liverpul klubundan ayrılacağını açıqlayıb

İngiltərə Premyer Liqası təmsilçisi “Everton”un yarımmüdafiəçisi Abdulaye Dukure yayda komandanı tərk edəcək.

“Report” xəbər verir ki, bu barədə 32 yaşlı futbolçu sosial şəbəkə hesabında bildirib.

Malili oyunçunun Liverpul kollektivi ilə müqavilə müddəti iyunun 30-da başa çatır. Tərəflər arasında yeni sözləşmə imzalanmayacaq.

Qeyd edək ki, 2020-ci ildən “Everton”da çıxış edən Dukure bu klubun heyətində ümumilikdə 165 oyuna çıxıb və 21 qol vurub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More