İngiltərə təmsilçisi “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri yenidən yaşıl meydanlara qayıdır.
“Report” “AS” nəşrinə istinadən xəbər verir ki, “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola 28 yaşlı futbolçunu bu gün Premyer Liqanın XXXVII turunda qarşılaşacaqları “Bornmut”la matçın heyətinə daxil edəcək.
Qeyd edək ki, ispaniyalı oyunçu sentyabrda dizindən ciddi zədə aldığı üçün uzun müddətlik sıradan çıxmışdı.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.