Azərbaycanın minifutbol millisi dünya çempionatında ilk oyununu keçirib

Azərbaycanın minifutbol üzrə millisi dünya çempionatında ilk oyununu keçirib.

“Report”un məlumatına görə, A qrupunda yer alan yığma Milli Gimnastika Arenasında Bəhreyn yığması ilə qarşılaşıb.

Görüşdə qalib müəyyənləşməyib və tərəflər hərəyə 1 dəfə fərqləniblər.

Millinin heyətində Mirmehdi Rzayev (15) dəqiq zərbə müəllifi olub. Rəqibin qolunu isə Ahmed Antar (25) vurub.

Qeyd edək ki, qrupun digər görüşündə, saat 23:00-da Mavritaniya və Sloveniya kollektivləri üz-üzə gələcəklər.

Foto: Samirə Həsənova

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More