Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.
“Report”un məlumatına görə, Milli Gimnastika Arenasında baş tutan günün yeddinci matçında Rumıniya yığması Özbəkistana qalib gəlib.
Qarşılaşma avropalıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, turnirin əvvəlki oyunlarında Fransa Çadı (1:0), Portuqaliya Bolqarıstanı (3:1), İngiltərə Ukraynanı (4:0), Slovakiya isə Hindistanı (15:0) məlub edib. Macarıstan – Türkiyə və Azərbaycan – Bəhreyn görüşlərində tərəflər hərəyə 1 dəfə fərqləniblər.
Foto: Samirə Həsənova






Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.