Boks üzrə mütləq dünya çempionu vəfat edib

Boks üzrə yüngül və orta çəkidə mütləq dünya çempionu Nino Benvenuti vəfat edib.

“Report” “BoxingScene”yə istinadən xəbər verir ki, 1960-cı ildə Olimpiya çempionluğunu da qazanmış idmançı 87 yaşında ölüb.

Tarixin ən yaxşı boksçularından hesab olunan N.Benvenuti peşəkar rinqdə keçirdiyi 90 döyüşün 82-dən (35-i nokautla) qələbə ilə ayrılıb.

Qeyd edək ki, o, həvəskarlar arasında keçirdiyi 120 döyüşün 119-da qalib gəlib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More