Çinin XİN başçısı: Əfqanıstan və Pakistan diplomatik münasibətləri yaxşılaşdırmaq istəyir

Pakistan və Əfqanıstan diplomatik əlaqələrin səviyyəsini yüksəltməyi planlaşdırır.

“Report” Reuters agentliyinə istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van i bildirib.

“Tərəflər bir-birinin ölkələrinə mümkün qədər tez səfirlər göndərmək barədə razılığa gəliblər”, – Van i mayın 21-də “Taliban” radikal hərəkatının hökumətində xarici işlər naziri Əmir Xan Muttaki və Pakistan XİN başçısı İshaq Dar ilə danışıqlardan sonra bildirib.

Onun sözlərinə görə, hər iki ölkə görüş zamanı diplomatik əlaqələrinin səviyyəsini yüksəltməyə hazır olduqlarını aydın şəkildə ifadə ediblər: “Çin bunu alqışlayır və Əfqanıstan-Pakistan münasibətlərinin yaxşılaşdırılmasında yardım göstərməyə davam etməyə hazırdır”.

Çinin XİN başçısı həmçinin bildirib ki, danışıqlar zamanı Çin və Pakistan Əfqanıstanın bərpasına və inkişafına dəstək ifadə ediblər.

O qeyd edib ki, İslamabad “diplomatik qarşılıqlı əlaqələrin, ticarətin genişlənməsi və tranzit prosedurlarının sadələşdirilməsi də daxil olmaqla ikitərəfli münasibətlərdəki müsbət dinamikanı alqışlayır”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More