Həndbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinə start verilib.
Həndbol Federasiyasından “Report”a verilən məlumata görə, ilk oyun günündə əvvəlcə qadınlardan ibarət “Qarabağ” və “Azəryol” komandaları meydançaya çıxıblar.
“AHF Arena”da baş tutan görüşdə 35:26 hesablı qələbə qazanan “Azəryol” adını finala yazdırıb.
Digər finalçı sabah keçiriləcək “Kür” – “İdman Akademiyası” görüşündə müəyyənləşəcək.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.