Pakistanda məktəb avtobusu partladılıb, beş nəfər ölüb

Pakistanın Bəlucistan əyalətinin Xudzar rayonunda məktəb avtobusunun partladılması nəticəsində beş nəfər, o cümlədən üç uşaq həlak olub.

“Report” xəbər verir ki, bu barədə Pakistanın “Dawn” qəzeti məlumat yayıb.

Partlayış nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir.

Yaralılar xəstəxanaya yerləşdirilib, hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər.

Yerli hakimiyyət orqanları partlayışda “Hindistanın Bəlucistandakı əlaltılarını” günahlandırıblar.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More