Qərbi Azərbaycan Xronikası: Ermənistan Prezidentinin saxta addəyişmə qərarı

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Ermənistan Prezidentinin saxta addəyişmə qərarı” adlı süjet hazırlanıb.

“Report” xəbər verir ki, bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Açıxlı, Acıbac, Acılu toponimi haqqında söz açılır.

Bildirilir ki, coğrafi adlar hər bir xalqın tarixi-mədəni simasını yaratmaqla bərabər, mövcud olduğu yerlərdə, o cümlədən Qərbi Azərbaycanda yaşayan türklərin tarixi, mədəniyyəti və dili haqqında unikal məlumat mənbəyidir.

Vurğulanır ki, Qərbi Azərbaycan ərazisinin kimlərə aid olması, eləcə də tarixən bu ərazilərdə yaşayanlar haqqında əsas məlumatların daşıyıcılarıdır: “Millətin yaddaşına hopan bu adlar gündəlik ünsiyyətimizdə bu gün də işlədilir və gələcəkdə də işlədiləcək”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More