Türkiyə minifutbol yığmasının baş məşqçisi: “Bakıda möhtəşəm təşkilatçılıq var, hər şey yüksək səviyyədədir”

Minifutbol üzrə Türkiyə millisinin baş məşqçisi Durul Tuğ Bakıda keçirilən dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb.

Mütəxəssis bu barədə “Report”a açıqlama verib.

O, Macarıstanla heç-heçə (1:1) etdikləri C qrupunun ilk oyunu ilə bağlı fikirlərini bölüşüb:

“Türkiyə yığması bu dəfə yarışa fərqli heyətlə gəlib. Artıq bu yarışlara daha ciddi yanaşırıq. Yaxşı işlər görmək istəyirik. Bunu ilk qarşılaşmada gördük. Macarıstan çox yaxşı rəqibdir. Bu bərabərlik önəmli idi. Türkiyə minifutbolu üçün dəyərli heç-heçədir”.

Baş məşqçi Bakıdakı təşkilatçılıq barədə danışıb:

“Burada möhtəşəm təşkilatçılıq var, hər şey yüksək səviyyədədir. Bir çox turnirlərdə iştirak etmişik. Sizin ölkənizdəki tamam fərqlidir. Azərbaycan xalqından daha çox dəstək istəyirik. Oteldə, küçədə və başqa yerlərdə özümüzü Türkiyədəki kimi hiss edirik. Bunun üçün təşəkkür edirəm. Amma tribunalarda da bunu görmək istəyirəm. Dəstəyiniz bizim üçün önəmlidir”.

O, turnirdəki hədəflərindən də söz açıb:

“İndiyədək dünya çempionatında qrupdan çıxa bilməmişik. Addım-addım irəli getmək niyyətindəyik. İlk olaraq qrupdan çıxmağı hədəfləmişik”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More