Türkiyə yığması Bakıdakı dünya çempionatına heç-heçə ilə start verib

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

“Report”un məlumatına görə, Milli Gimnastika Arenasında təşkil olunan günün ikinci matçında Türkiyə və Macarıstan komandaları üz-üzə gəliblər.

C qrupunun qarşılaşması heç-heçə yekunlaşıb – 1:1.

Qeyd edək ki, bu gün daha altı qarşılaşma baş tutacaq. İlk matçda Fransa yığması Çadı minimal hesabla üstələyib – 1:0.

A qrupunda yer alan Azərbaycan millisi saat 20:30-da Bəhreyni sınağa çəkəcək.

Foto: Məhəmməd Ağayev

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More