Avropa Şurası: Bakı və İrəvanla müntəzəm əlaqələr saxlayırıq

Avropa Şurası Azərbaycan və Ermənistan rəsmiləri ilə müntəzəm əlaqələr saxlayır.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Avropa Şurasının mətbuat xidmətindən bildiriblər.

Bildirilib ki, təşkilatın baş katibi Alen Berse İrəvana səfər edəcək.

“Hər iki ölkə ilə müntəzəm əlaqələrimiz var. 2024-cü ilin noyabrında Avropa Şurasının baş katibi Alen Berse Azərbaycanda olub. Gələn ay o, Ermənistana səfər edəcək”, – təşkilatdan qeyd ediblər.

Xatırladaq ki, mayın 16-da Tiranada “Avropa Siyasi Birliyi”nin sammitindən əvvəl A.Berse Avropa Şurasında Cənubi Qafqazdakı vəziyyətin inkişafını izlədiklərini bildirib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More