Futzal üzrə Azərbaycan Yüksək Liqasının qalibi bəlli olub

Futzal üzrə Azərbaycan Yüksək Liqasının qalibi bəlli olub.

“Report” xəbər verir ki, bu gün “Neftçi” İK-nı 6:2 hesabı ilə üstələyən “Araz-Naxçıvan” titula sahib çıxıb.

Komanda 19-cu dəfə Azərbaycan çempionu olub.

“Araz-Naxçıvan” 19 turdan sonra 49 xalla liderdir. İkinci sıradakı “Neftçi” İK-nın 43 xalı var.

“Qırmızı-ağlar” 2025/2026 mövsümündə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək. Rəqiblər iyulun 3-də keçiriləcək püşkatma mərasimində müəyyənləşəcək.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More