Hikmət Hacıyev Aİ-nin Xarici Fəaliyyət Xidmətinin baş katibi ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) Xarici Fəaliyyət Xidmətinin baş katibi Belen Martinez Karbonelllə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Aİ rəsmisi “X”də paylaşım edib.

“Biz Aİ-Azərbaycan münasibətlərini, Aİ-nin Ermənistan-Azərbaycan arasında normallaşma prosesinə dəstəyini və regional hadisələri müzakirə etdik. Aİ regionda sülh və tərəqqiyə sadiqdir”, – o bildirib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More