İmişlidə pambıq qəbulu məntəqəsində yanğın olub

İmişlidə pambıq qəbulu məntəqəsində yanğın olub.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qaralar kəndi yaxınlığında qeydə alınıb.

Belə ki, FHN-nin müvafiq qüvvələrinə pambıq tayasında yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq söndürülməsi təmin edilib.

Əlavə məlumat veriləcək.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More