Qərbi Azərbaycan Xronikası: Kreml onların boyunlarından tutub Azərbaycana təhvil verdi ki, orada namaz qılsınlar

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Koçaryan Ermənistanda masa arxasında deyil, menyudadır” adlı süjet hazırlanıb.

“Report” xəbər verir ki, verilişdə Ermənistanda parlament seçkisi ərəfəsində “siyasi ölülər”in fəallaşmasından bəhs olunur.

Bildirilir ki, Ermənistanda seçki yaxınlaşdıqca siyasi meyidlərin zühuru da baş verir. Keçmiş cinayətlərindən hər kəsin xəbəri oldğunu bilən sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyan cütlüyü yeni nəslə ümidini bağlayıb, onların içində revanşizm üzərində hakimiyyətlərini bərpa etmək istəyirlər. Koçaryan-Sarkisyan revanşizminin əlamətləri Ermənistan parlamentində də təzahür edir. Bir dəfə Qarabağ kartı ilə milyarderlərə çevrilən bu ruh və əməl ekizləri ikinci dəfə bu məsələni oyuna çevririb, yenidən varlanmaq ehtirası ilə yaşayırlar.

Süjetdə Hayastan fraksiyasının deputatı Anna Qriqoryan, ANK İH üzvü Vartan Malxasyan, Respublika Naminə Partiyasının lideri Arman Babacanyan, politiloq Harutyun Mkrtçyan, Artur Xaçikyan və Xristian-Demokrat Partiyasının rəhbəri Levon Şirinyanın fikirlərinə yer verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More