Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Siril Ramaposa ABŞ lideri Donald Trampın onun mövqeyini eşitdiyini deyib və görüşlərinin çox yaxşı keçdiyini qeyd edib.
“Report”un xarici KİV-ə istinadən verdiyi məlumata görə, Ramaposa bunu Ağ Evdən çıxarkən jurnalistlərə görüşün necə keçdiyi ilə bağlı sualı cavablandırarkən deyib.
“Çox yaxşı”, – CAR rəhbəri jurnalistlərə görüşün necə keçdiyini soruşduqda deyib.
CAR Prezidentindən həmçinin Trampın onun mövqeyini eşitib-eşitmədiyini soruşublar. “Bəli, eşitdi, hər şey çox yaxşı keçdi”, – Ağ Evin mətbuat xidməti Ramaposadan sitat gətirib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.