Rusiyada pilotsuz uçuş aparatlarının (PUA) hücumlarının dəf edilməsi fonunda Moskva hava limanlarında onlarla reys gecikib.
“Report” bu barədə Rusiya mediasına istinadən xəbər verir.
Hava limanlarının onlayn tablosuna əsasən, Şeremetyevo aeroportundan çıxmalı olan 15 təyyarə reysi gecikib, yeddisi ləğv edilib, Domodedovoda altı, Jukovskidə bir reys ləğv edilib, Vnukovoda isə 12 reys gecikib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə ərzində Moskvaya doğru hərəkət edən 35 PUA vurulub. Səhər saatlarından Domodedovo reyslərin qəbulu və göndərilməsinə yenidən məhdudiyyətlər tətbiq edib. Moskva meri Sergey Sobyanin beş dronun vurulduğunu bildirib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.