TDT seçki orqanlarının Məşvərət Platformasına sədrlik Qazaxıstandan Azərbaycana keçəcək

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin mərkəzi seçki orqanlarının Məşvərət Platformasına sədrlik 2 il sonra Qazaxıstandan Azərbaycana keçəcək.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında deyib.

O qeyd edib ki, həmin dövlətlərin seçki komissiyaları ilə vaxtaşırı birgə tədbirlər keçiriləcək:

“Hansısa sahədə çatışmazlıq varsa, bunu görüşlərdə müzakirə edəcəyik”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More